Fransada siyasi fırtına – Barnier hökuməti dağılmaq ərəfəsindədirbackend

Fransada siyasi fırtına - Barnier hökuməti dağılmaq ərəfəsindədir

Böyük Britaniyanın “The Guardian” qəzetində Fransadakı siyasi böhranla bağlı məqalə dərc olunub. 

KONKRET.az həmin yazını təqdim edir.  “Baş nazir Mişel Barnierin rəhbərlik etdiyi Fransa hökumətinin etimadsızlıq səsverməsində məğlub olacağı ehtimal edilir. Bu da Aİ-nin əsas üzv dövlətlərindən birində siyasi böhranı dərinləşdirə bilər.

Barnier vəzifədən kənarlaşdırılarsa, 1962-ci ildən bəri ilk dəfə Fransa hökuməti etimadsızlıq səsverməsi nəticəsində istefa verəcək. Onun ifrat sağçı və solçu partiyaların əlinə keçməsi Avropaya ciddi zərbədir. “Səsvermə vəziyyəti daha da çətinləşdirə bilər”, deyən Barnier parlament üzvlərinə deyib ki, Fransanın vəziyyəti onsuz da maliyyə və sosial baxımdan çətindir.

Daxili işlər naziri Bruno Retaillo isə bildirib ki, hökumət istefaya göndərilsə, bu, Fransa və fransızları çətin vəziyyətə salacaq. Onun sözlərinə görə, istefa təklifini dəstəkləyənlər öz gələcəkləri ilə “rus ruleti” oynayırlar.

Parlament müzakirələri bu gün Bakı vaxtı ilə saat 19:00-da  başlayacaq və səsvermə təxminən üç saat sonra keçiriləcək. Radikal sol və sağ müxalifət tərəfindən iki ayrı etimadsızlıq təklifi təqdim edilib. Birincinin keçəcəyi gözlənilir. Bu həqiqət anı Parisi siyasi və maliyyə qaranlıqlarına qərq etmək riski daşıyır. Fransanın son üç aydır davam edən böhranı, Barnier sosial sığortanın maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini səsvermə olmadan parlamentə təqdim edəcəyini söylədikdə alovlanıb. Ona bunu etməyə imkan verən 49.3-cü maddə kimi tanınan konstitusiya tədbiri parlamentarilərə etimadsızlıq səsverməsi yolu ilə hökumətin qərarına etiraz etmək imkanı verir. Səsvermə uğurlu olarsa, hökumət istefa verəcək.

“Büdcə qanununun bloklanması, təəssüf ki, Fransa xalqını təhlükəli, ədalətsiz və cəzalandırıcı qanundan qorumağın yeganə yoludur”, -deyə  Marine Le Pen bildirib. İyun ayında parlamentin aşağı palatasını dəqiq səs çoxluğu olmadan üç bloka ayıran növbədənkənar seçkidən sonra Makron tərəfindən təyin edilən Baş nazir Barnier, Fransanın ağır maliyyə vəziyyətini bərpa etməyə yönəlmiş büdcə qanun layihəsi üçün parlamentarilərdən dəstək almağa çalışıb. Onun təklifləri arasında ölkənin büdcə kəsirinin azaldılmasına yönəlmiş vergilərin artırılması və hökumət xərclərinin 60 milyard avroya yaxın azaldılması var. Mühafizəkar baş nazirin bir sıra güzəştlərə rəğmən, solçu alyans Yeni Xalq Cəbhəsi (NFP) və Milli Ralli (RN) etimadsızlıq təklifi təqdim edib. Le Pen, partiyasının Fransanın Invictus partiyasının (LFI) irəli sürdüyü NFP təklifinə səs verəcəyini təsdiqləyib.

Fransanın maliyyə naziri Antuan Armand “France 2”  televiziyasına müsahibəsində deyib ki, müxalifət deputatları hökuməti devirməklə ölkəyə “zərər” vuracaqlar. “Nəticələrə görə kim cavabdeh olacaq? – deyə soruşub.

Barnierin hökuməti yıxılarsa, bu, 1958-ci ildə Beşinci Respublikanın başlanğıcından bəri ən qısa müddətli hökumət kimi tarixə düşəcək. Baş nazir istefa ərizəsi verməli olsa da, Makron ondan müvəqqəti vəzifəsində qalmasını istəyə bilər. Müvəqqəti hökumət, prinsipcə, xərc limitlərini və vergi müddəalarını bu ildən sonrakı dövrə keçirəcək xüsusi fövqəladə büdcə qanun layihəsini qəbul edəcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*