Fransada yanacaq çatışmazlığı DAVAM EDİRbackend

Fransada yanacaq çatışmazlığı DAVAM EDİR

Fransada yanacaqdoldurma məntəqələrinin 15 faizində yanacaq çatışmazlığı yaranıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fransa hökumətinin sözçüsü Olivye Veran “BFMTV” telekanalına bildirib.

Onun sözlərinə görə, vətəndaşlar yanacaq qıtlığı narahatlığı ilə müxtəlif yanacaqdoldurma məntəqələrində növbələr yaradırlar.

Qeyd edək ki, “TotalEnergies” şirkətinin bəzi neft emalı zavodlarında baş verən tətillər səbəbindən yanacaqdoldurma məntəqələrində yanacaq çatışmazlığı yaranıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*