Fransada yanğına müdaxilə edən helikopter gölə çırpıldı – Videobackend

Fransada yanğına müdaxilə edən helikopter gölə çırpıldı - Video

Fransanın Finistere əyalətinin Rosporden bölgəsində yanğına müdaxilə edən helikopter su yığarkən gölə çırpılıb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin görünütülər ətrafdakı insanlar tərəfindən kadra alınıb.

Belə ki, “Morane 29” adlı helikopter bir neçə fırlanmadan sonra suya düşüb. Hadisə zamanı ölən və xəsarət alanın olmadığı bildirilir.

Qeyd olunur ki, helikopter Beuzec-Cap-Sizun bölgəsində 10 hektarlıq yanğınla mübarizə aparmaq üçün 27 dəfə su atmışdı. Hazırda səlahiyyətlilər qəzanın səbəblərini araşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*