Fransada yaşayan iranlı bu səbəbdən intihar etdibackend

Fransada yaşayan iranlı bu səbəbdən intihar etdi

Fransada yaşayan iranlı Məhəmməd Muradi ölkəsindəki etirazlara görə, Lion şəhərində yerləşən Rona çayına atılaraq intihar edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, onun bu yolu seçməsinə səbəb İranın bəzi etirazçıları edam etdirməsi olub.

“Yalnız ölümümlə Avropa və digər xalqların diqqətini çəkə bilərəm. İranın problemlərinə gözlərimi yumub, zillətlə yaşamaqdansa, ölməyi üstün tuturam”, – deyə o, intihar məktubunda bildirib.

Fransa mətbuatı qeyd edib ki, 38 yaşlı Muradi dünən yerli vaxtla saat 18:00 radələrində yoldan keçənlərin müdaxiləsinə baxmayaraq intihar edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*