Fransadan yeni TƏKLİF: Ukraynanın təhlükəsizliyi belə təmin edilə bilərbackend

Fransadan yeni TƏKLİF: Ukraynanın təhlükəsizliyi belə təmin edilə bilər

Fransa Ukraynanın təhlükəsizliyinin təminatı kimi Rusiya aktivlərindən istifadəni təklif edir.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Fransa avropalı tərəfdaşlarına bildirir ki, Rusiya Ukraynada atəşkəsi pozsa, bu zaman onun dondurulmuş suveren aktivlərinin müsadirə edilməsi mümkündür.

Nəşr əlavə edib ki, bu təklif Fransanın Avropadakı müttəfiqləri tərəfindən isti qarşılanıb, lakin tərəflər hələ də bununla bağlı razılığa gəlməyib. Qeyd olunur ki, Avropa dövlətləri bloklanmış aktivlərdən Moskvaya “təzyiq rıçaqları” kimi istifadə etmək niyyətindədirlər.

Qeyd edək ki, Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub. Bunun təqribən 5-6 milyard dolları ABŞ-da, böyük hissəsi isə Avropada, o cümlədən Belçikadadır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*