Fransanın Yekaterinburqdakı baş konsulu Ermənistanda qarət edilib.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Dekabrın 21-də Ermənistan Polisinə Xarici İşlər Nazirliyinin Dövlət Protokol Xidmətindən məktub daxil olub.
Bildirilib ki, noyabrın 5-də Fransanın Yekaterinburqdakı baş konsulu Pyer-Alen Coffinye N1130-un göyərtəsində qeydiyyatdan keçib. Qeydiyyat Zvartnots Beynəlxalq Hava Limanında aparılıb.
Həmin mənbənin məlumatına görə, diplomatın əlində kompüter olan çanta və əl yükü formasında çamadan olub. Eyni zamanda, ikinci baqajda nağd pul olub. Rusiyaya gələn kimi çamadanın qıfılının qırıldığını, pulun yerində olmadığını görüb.
Faktla bağlı Ermənistan polisi araşdırma aparır.
Xuraman Etibarlı,
KONKRET.az