Fransalı Le Pen prezident seçkilərinə buna görə buraxılmadı – Orban səbəbi izah etdibackend

Fransalı Le Pen prezident seçkilərinə buna görə buraxılmadı - Orban səbəbi izah etdi

Macarıstanın baş naziri Viktor Orban Fransada sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Pen-in prezident seçkilərinə buraxılmamasını onun qalib gəlmə ehtimalı ilə izah edib. Onun sözlərinə görə, məhkəmə sistemindən siyasi silah kimi istifadə olunması yolverilməzdir.

KONKRET.az xəbər verir ki, macarıstanlı siyasətçi əmindir ki, Le Pen-ə qarşı açılan cinayət işi siyasi motivlidir.

Xatırladaq ki, bu ilin martında Marin Le Pen-ə seçkilərdə iştirakdan beş il müddətinə qadağa qoyulub. Bundan əlavə, o, dörd il müddətinə azadlıqdan məhrum edilib: iki ili şərti, digər iki ili isə elektron bilərziklə keçirməklə. Le Pen Avropa Parlamentində köməkçilərin işə götürülməsi üçün ayrılmış vəsaitlərin guya mənimsənilməsində təqsirli bilinib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*