Fransanın Bakıdakı keçmiş səfiri Ann Buayon Azərbaycanı tərk edib.
KONKRET.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Vaxt nə tez gəlib keçir! Missiyamı başa vurduqdan sonra Fransanın Azərbaycandakı səfirliyinin möhtəşəm komandasını həyəcanla tərk edirəm. Fransa ilə Azərbaycan arasındakı münasibətlərə, eləcə də regionda sülh və əməkdaşlıq perspektivlərinə xidmət etməkdə Sofi Laqutun rəhbərliyi altında onlara uğurlar arzulayıram”, – o yazıb.