Fransanın cənubunda yerləşən, yarım milyondan çox əhalisi olan Montpelye şəhərində ictimai nəqliyyat pulsuz olacaq.
KONKRET.az “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, yeni qaydalar yalnız şəhər sakinlərinə şamil ediləcək.
Nəqliyyatdan istifadə etmək üçün yerli sakinlərə xüsusi gediş kartı veriləcək. Sakinlərə paylanan kartlar bir illikdir. Növbəti ildə onlar kartları dəyişməlidirlər. Qəzet yazır ki, turistlər və şəhərin qonaqları üçün gediş haqqı ödənişlidir. Xatırladaq ki, Monpelyedə gediş haqqının dəyəri 1,6 avrodur. Ekspertlərin proqnozuna görə biletin qiymətində artım da ola bilər. Bununla da ictimai nəqliyyatda pulsuz istifadə iki uşaqlı ailəyə ildə 1472 avro qənaət etməyə imkan verəcək. Bundan əlavə, bu, ekoloji vəziyyəti yaxşılaşdırmağa və atmosferə karbon qazı emissiyasını azaltmağa kömək edəcək. Yeri gəlmişkən ictimai nəqliyyatdan pulsuz istifadə indiyədək Lüksemburqda və Estoniyanın paytaxtı Tallinndə də tətbiq olunur.
Vəli Həsənov,
KONKRET.az