Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Fransiskin dəfn mərasimində iştirak etmək üçün Vatikana gedəcək. Aprelin 21-də 88 yaşında vəfat edən Papa Fransiskin dəfni sabah keçiriləcək.
KONKRET.az xəbər verir ki, Vatikanda təşkil olunacaq mərasimdə Türkiyəni TBMM sədri Numan Kurtulmuş təmsil edəcək.
Vatikandan verilən açıqlamaya görə, dəfn mərasiminə 50 dövlət başçısı və ən azı 130 nümayəndə qatılacaq.
Aynurə İsmayıl
KONKRET.az