Fransa televiziyasında fransız qoşunlarının Ukraynaya göndəriləcəyi təqdirdə hara yerləşdirilə biləcəyi ilə bağlı fərziyyələr irəli sürülüb.
KONKRET.az xəbər verir ki, LCI telekanalı xəritə və iki hipotetik ssenari təqdim edib. Qeyd olunub ki, fransız qoşunlarının Dnepr boyunca və Belarusla sərhəddə yerləşdirməsi planlaşdırılır.
Sözügedən ssenariləri ekspert kimi studiyaya dəvət olunan polkovnik Vincent Arbaretier tərtib edib.
O hesab edir ki, qoşunların Dnepr boyunca yerləşdirilməsi Rusiya Federasiyasına qırmızı xətt göstərəcək. Belarusla sərhəddə yerləşdirilməsi isə Kiyevin təhlükəsizliyini təmin edə bilər.
Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Narışkin bildirib ki, Fransa artıq Ukraynaya göndəriləcək hərbi kontingenti hazırlayır. Fransa tərəfi isə məlumatı rəsmi olaraq təsdiqləməyib.
Günel Mikayılova,
KONKRET.az