Fridrix Merz: “Alman sülhməramlılarının Ukraynaya göndərilməsi yalnız Rusiyanın razılığı ilə mümkündür”backend

Fridrix Merz: “Alman sülhməramlılarının Ukraynaya göndərilməsi yalnız Rusiyanın razılığı ilə mümkündür”

Xristian Demokrat İttifaqının (CDU) sədri, Bundestaqın CDU/CSU fraksiyasının rəhbəri və Almaniya kanslerliyinə namizəd Fridrix Merz hesab edir ki, alman sülhməramlılarının Ukraynaya göndərilməsi yalnız beynəlxalq mandat və Rusiyanın razılığı ilə mümkündür.

KONKRET.az xəbər verir ki, siyasətçi bu barədə Almaniya mətbuatına müsahibəsində bildirib: “Əgər sülh sazişi varsa və Ukraynaya bunu etmək üçün təminat lazımdırsa, o zaman müzakirə edilə bilər. Hazırda bunu məqbul görmürəm. İstərdim ki, bu mandat münaqişəylə deyil, Rusiya ilə konsensusla olsun”. Mertsdən soruşublar ki, o, NATO üzvlüyündən əlavə

Ukraynanın təhlükəsizliyi üçün hansı təminatları təsəvvür edə bilər? Cavabı belə olub: “Bu gün heç nəyin o istiqamətdə gedəcəyini təsəvvür edə bilmirəm, çünki biz belə bir barışıqdan uzağıq. Bütün bunlar yaxın bir neçə həftə, bəlkə də aylar ərzində aydınlaşdırılmalı suallardır”. Alman siyasətçinin sözlərinə görə, o, Ukraynada tezliklə sülhə nail olmaq istəyir.O, Almaniya kansleri Olaf Şolzla da razılaşmır və hesab edir ki, buna görə Berlin Kiyevə alman “Taurus” raketlərini verməməlidir. Mertsin sözlərinə görə, ən azı üç ölkə – ABŞ, Böyük

Britaniya, Fransa artıq Ukrayna silahlı qüvvələrinə oxşar silahlar verib. Mertsin fikrincə, Donald Trampın Ağ Evə qayıtması ilə ABŞ-nin Ukrayna ilə bağlı siyasəti kəskin şəkildə dəyişəcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*