Fuad Abbasov aparıcılıq edəcəkbackend

Fuad Abbasov aparıcılıq edəcək

Tanınmış jurnalist Fuad Abbasov “Xəzər” telekanalında işə başlayıb.

KONKRET.AZ- ın məlumatına görə, o, bir müddətdir sözügedən kanalın xəbərlər departamentində çalışır.

Jurnalistin yaxın günlərdə siyasi mövzulu proqramda aparıcılıq edəcəyi bildirilir. Hazırda son tamamlanma işləri görülür, veriliş üçün studiya hazırlanır.

Eyni zamanda, F.Abbasovun “Xəzər” TV-nin Xəbərlər Depertamentinə baş redaktor vəzifəsinə təyin olunacağı da bildirilir.

Qeyd edək ki, Fuad Abbasov bir müddət öncə Moskvada həbs edilmişdi. Daha sonra isə o, Azərbaycana deportasiya edilib.(Axsam.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*