Fuad Zeynalova hücum edən kikboksçularla bağlı qərar verildibackend

Fuad Zeynalova hücum edən kikboksçularla bağlı qərar verildi

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücumla bağlı həbs edilən kikboksçular barələrindəki qərardan narazıdırlar.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, onların şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Müdafiə tərəfi həbs qərarının ləğv edilməsini istəyib.

Hakim etirazı əsaslı hesab etməyib. Xuliqanlıqda ittiham edilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun həbsinin davamına qərar verilib.

Qeyd edək ki, idmançılar barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*