Futbol azarkeşlərinin üzərinə avtomobil sürüldü: Xəsarət alanlar varbackend

Futbol azarkeşlərinin üzərinə avtomobil sürüldü: Xəsarət alanlar var

İngiltərənin Liverpul şəhərində Premyer Liqadakı qələbəni qeyd edən futbol azarkeşlərinə avtomobilin çırpılması nəticəsində azı beş nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin mərkəzində, Water Street küçəsində baş verib. Görənlərin sözlərinə görə, sürücü dar küçədə sürəti azaltmadan insan kütləsinin üstünə sürüb.

Polis insidenti təsdiqləyib və bildirib ki, avtomobilin sürücüsü artıq saxlanılıb. Hazırda onun motivləri araşdırılır. Hadisənin terror aktı olması ehtimalı da istisna edilmir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*