Milli Musiqi Günü ilə əlaqədar olaraq, Peşəkar Futbol Liqası maraqlı təşəbbüslə çıxış edib.
KONKRET.az xəbər verir ki, Premyer Liqanın 4-cü turu çərçivəsində keçirilən “Qəbələ” – “Səbail” matçında futbolçular “Koroğlu” üverturasının sədaları altında çıxıblar.
Bu təşəbbüs stadiona toplaşan azarkeşlərin alqışı ilə qarşılanıb.