Futbol matçında kuryoz hadisə – Arılar stadiona hücum çəkdi – FOTOLARbackend

Futbol matçında kuryoz hadisə - Arılar stadiona hücum çəkdi - FOTOLAR

Futbol üzrə Tanzaniya müstəqillik kubokunda kuryoz hadisə yaşanıb.

KONKRET.AZ xəbər verir ki, “Yanqa” və “İrinqa Yunayted” komandaları arasında qarşılaşma xoşagəlməz hadisə üzündən dayandırılıb.

İkinci hissənin gedişində saysız-hesabsız arı stadiona hücum çəkib. Onlar futbolçular, hakimlər və azarkeşlərin üstünə cumublar.

Özlərini qorumağa çalışan matç iştirakçıları yerə uzanaraq üzlərini gizlətməyə cəhd edib. Onlar imkan düşən kimi qaçıb meydandan uzaqlaşmağa çalışıblar. Ehtiyat oyunçular və bəzi azarkeşlər də eyni addımı atıblar.

Məcburi fasilədən bir müddət sonra oyun davam etdirilib. “Yanqa” 4:0 hesablı qələbə qazanıb.

Apasport.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*