Kosta-Rikanın həvəskarlardan ibarət “Deportivo Rio Canas” klubunun futbolçusu Xesus Alberto Lopes Ortis faciəli şəkildə ölüb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, “Çuço” ləqəbi ilə tanınan, iki uşaq atası, 30 yaşlı hücumçu sərinləmək üçün çayda çimərkən timsahın hücumuna məruz qalıb.
Futbolçunun cəsədini yırtıcının ağzından çıxarmaq üçün polis timsahı güllələyərək öldürüb.

Qafqazinfo