Füzulidə dağlıq ərazidə yanğın nəzarətə götürüldübackend

Füzulidə dağlıq ərazidə yanğın nəzarətə götürüldü

Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*