“G-20″liyin virtual sammiti keçirilirbackend

"G-20"liyin virtual sammiti keçirilir

“Böyük 20”liyin (“G-20”) virtual zirvə toplantısı başlayıb.

KONKRET.az xəbər verir ki, sammit koronavirusla mübarizəyə həsr olunub.

Bildirilib ki, martın 26-da başlayan tədbirə Səudiyyə Ərəbistanı kralı Salman bin-Abdel Əziz əl-Səud sədrlik edir.

Məlumata görə, növbədənkənar toplantıya yalnız “G-20”liyin üzvləri deyil, bir sıra dövlətlərin, beynəlxalq və regional təşkilatların nümayəndələri də qatılıblar. İspaniya, İordaniya, Sinqapur və İsveçrənin rəsmi dövlət təmsilçiləri, regional qurumlardan – ASEAN, Afrika İttifaqı, Ərəb ölkələrinin Körfəz Əməkdaşlıq Şurası, beynəlxalq təşkilatlardan – Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, BMT və s.-in nümyəndələri zirvə toplantısındakı müzakirələrdə iştirak edirlər.

Xatırladaq ki, “G-20”liyin zirvə toplantısı 2019-cu ildə Yaponiyada keçirilib. 2020-ci ildə isə Səudiyyə Ərəbistannında keçirilməli idi.

Qeyd edək ki, “G-20″liyə ABŞ, Avstaraliya, Argentina, Almaniya, Böyük Britaniya, Braziliya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Çin, Rusiya, Türkiyə, Fransa, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*