Gədəbəydə 31 yaşlı qadın bıçaqlandı – Əri saxlanıldıbackend

Gədəbəydə 31 yaşlı qadın bıçaqlandı - Əri saxlanıldı

Gədəbəy rayon Şahdağ kəndində qadın bıçaqlanıb.

KONKRET.az xəbər verir ki, hadisə şəxsi mübahisə zəminində baş verib.

Bıçaq xəsarətləri alan, 1993-cü il təvəllüdlü Tahirə İsgəndərova xəstəxanaya çatdırılıb.

Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, qısqanclıq zəminində hadisəni törətməkdə şübhəli bilinən, qadının əri 1977-ci il təvəllüdlü Mütəllim Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*