Gədəbəydə piyadanı maşın vurub.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Saratovka kəndində qeydə alınıb. Avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2010-cu il təvəllüdlü Ə.Süleymanovu vurub. Piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.