Gələn ay Brüsseldə NATO ölkələri müdafiə nazirlərinin görüşü baş tutacaqbackend

Gələn ay Brüsseldə NATO ölkələri müdafiə nazirlərinin görüşü baş tutacaq

NATO-nun Hərbi Komitəsi yanvarın 17-18-də Brüsseldə bir araya gələcək.

KONKRET.az xəbər verir ki, yığıncaq Ukrayna-NATO Şurası formatında ilk iclas olacaq. Bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb:

“Birinci günün son iclasında müdafiə nazirliklərinin rəhbərləri ilk dəfə olaraq Ukrayna-NATO Şurası formatında görüş keçirəcək. İştirakçılar Ukraynadakı münaqişəni müzakirə edəcəklər”.

Alyansın mətbuat xidmətinin bəyanatında qeyd edildiyi kimi, Hərbi Komitənin iclası Alyans üçün strateji əhəmiyyət kəsb edən məsələləri müzakirə etməyə imkan verəcək. Baş qərargah rəislərinin NATO-nun Vilnüsdə keçirilən sonuncu sammitində qəbul edilmiş qərarların icrasını nəzərdən keçirəcəkləri, həmçinin Vaşinqtondakı növbəti sammitə hazırlığı müzakirə edəcəkləri gözlənilir. Həmçinin müdafiə sənayesi məsələləri, imkanlar, əməliyyat planlaşdırması və təminatla bağlı daha geniş müzakirələr aparılacaq. Müdafiə nazirliklərinin rəhbərləri cari və gələcək təhdidlərə uyğunlaşmaq üçün yol xəritəsini də müzakirə edəcəklər.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*