Gələn il internetin sürəti saniyədə 1GB olacaq – heyif ki, bizdə yox!backend

Gələn il internetin sürəti saniyədə 1GB olacaq - heyif ki, bizdə yox!

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun verdiyi məlumata görə, “UzbekTelecom” artıq 2020-ci ildən fiziki şəxslərə 1 Gb/san sürətə malik tarif planları təklif edəcək.

Şirkətin satış və xidmətlərin inkişafı şöbəsinin müdiri Vəlixan Osmanov qeyd edib ki, “bu gün şirkətimiz mis xətlərdən optik xətlərə aktiv şəkildə keçid edir. Bu il əhaliyə ilk dəfə 100 Mbit/san sürəti olan limitsiz tarif planları təklif etmişik. 2019-cu ilin əvvəlindən etibarən şirkət 10 mindən çox şəxsə fiber-optik xətt çəkib”.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Osmanovun sözlərinə görə, bu işin nəticələri artıq nəzərə çarpır. Məsələn, Speedtest Global İndex reytinqinə görə, ölkəmizdə internetin orta sürəti 2018-ci ilin sentyabrında 8.75 Mbit/ san-dən 2019-cu ilin Sentyabr ayında 19.91 Mbit/san-yə yüksəlib.

“Biz başa düşürük ki, internetə genişzolaqlı çıxışın dünya üzrə orta sürətinə çatmaq üçün hələ çox iş görməliyik”, – deyə Osmanov çıxışını yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*