Gələn il Qazaxıstan Prezidenti Ermənistana rəsmi səfər edəcəkbackend

Gələn il Qazaxıstan Prezidenti Ermənistana rəsmi səfər edəcək

Ermənistan prezidenti Armen Sarkisyan Ermənistanda rəsmi səfərdə olan Qazaxıstan Senatının sədri Dariqa Nazarbayevanı qəbul edib.

KONKRET.az xəbər verir ki, Prezident Sarkisyan bildirib ki, “Xalqlarımızın ortaq bir tarixi var – Rusiya imperiyası, Sovet İttifaqı dövründə və bu gün Avrasiya İqtisadi Birliyinin əməkdaşlığı dövründə birlikdə yaşayıblar”. Qazaxıstan rəhbərliyinin erməni icmasına olan münasibətini yüksək qiymətləndirən Ermənistan prezidenti Qazaxıstandakı ermənilərin özlərini evdə hiss etdiklərini və bunun onlarla görüşləri zamanı təsdiqləndiyini söyləyib.

Öz növbəsində Qazaxıstan Senatının spikeri Dariqa Nazarbayeva erməni iş adamlarını ölkəsinə investisiya qoymağa çağırıb.

Prezident Armen Sarkisyan Senat sədrinin iki ölkə sahibkarlarının qarşılıqlı fəaliyyətini genişləndirmək təklifini dəstəkləyib və əlavə edib ki, bu gün Qazaxıstan və Ermənistan mövcud əməkdaşlıq potensialından tam istifadə etmir. Onun sözlərinə görə, tərəfdaşlığın ən azı bir neçə sahəsinə təkan vermək imkanı var. Bunlar qida təhlükəsizliyi (yeməyin emalı və daşınması), maliyyə idarəetməsi və birgə mədəni tədbirlərdir.

Tərəflər Qazaxıstan və Ermənistan arasında əməkdaşlığın perspektivli sahələri üzrə birgə işçi qruplarının yaradılması barədə razılığa gəliblər.

Dariga Nazarbayeva, həmçinin Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayevin Armen Sarkisyana səmimi salamlarını və xoş arzularını çatdırıb və qeyd edib ki, dövlət başçısının gələn il Ermənistana rəsmi səfəri gözlənilir.

Görüşdə həmsöhbətlər turizmin inkişafı, informasiya texnologiyaları, nəqliyyat və logistika potensialı və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*