Gələn il televiziya, radio və nəşriyyat sahəsinə ayrılacaq vəsait AÇIQLANDIbackend

Gələn il televiziya, radio və nəşriyyat sahəsinə ayrılacaq vəsait AÇIQLANDI

Gələn ildə televiziya, radio və nəşriyyat sahəsinə ayrılan vəsait açıqlanıb.

KONKRET.az-ın xəbərinə görə, bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.

Qeyd olunub ki, gələn il televiziya, radio və nəşriyyat sahəsinə 61 milyon 024 min 113 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Xatırladaq ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*