backend

Gələn il üçün orta aylıq pensiya məbləği 293 manata çatdırıla bilər - AÇIQLAMA

“Gələn il üçün orta aylıq pensiya məbləğinin 293 manata çatdırılması real görünür”.

Bu sözləri iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.

Onun sözlərinə görə, dövlət büdcəsində sosial sferaya ayrılan vəsaitin artması hesabına pensiyalarla bağlı həmin rəqəmi əldə etmək mümkün olacaq:

“2020-ci ilin dövlət büdcəsində digər istiqamətlərə qənaət hesabına sosial sferaya daha çox vəsait ayrılacaqsa, bu artım niyə də real olmasın? Ümumiyyətlə, 2019-cu ildə təqaüdlərin artırılması ilə bağlı bir neçə qərar verildi. 2020-ci ildə də məhz təqaüdlərin artırılması və indeksləşdirilməsi hesabına pensiyalarda artım gözlənilir. Bunun da əsas maliyyə mənbəyi dövlət büdcəsidir. Belə ki, növbəti ilin dövlət büdcəsində orta hesabla 28 milyard 120 milyon manatlıq xərc gözlənilir ki, onun da 40 faizi sosial sferaya ayrılmalıdır. Bu isə cari illə müqayisədə gələn il üçün orta hesabla 9,9 bənd çox deməkdir. Belə ki, 2019-cu ilin dövlət büdcəsinin cəmi 30 faizi sosial yönümlü xərclər idisə, 2020-ci ildə bu rəqəmin 40 faizə çatması gözlənilir. Bu da imkan verəcək ki, sosial sferaya və pensiyalara daha böyük məbləğ xərclənsin”.

Elçin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*