Gələn ildən bu şəxslərin maaşından vergi çıxılacaqbackend

Gələn ildən bu şəxslərin maaşından vergi çıxılacaq

Növbəti ildən fiziki şəxslər gəlir vergisi ödəyəcəklər. Bəs bu dəyişiklik maaşlara necə təsir göstərəcək?

KONKRET.az xəbər verir ki, bu barədə demokrat.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, fiziki şəxslərdən gəlir vergisinin tutulmasının bərpası özəl sektora aiddir:

“7 il əvvəl dövlət sektorunda yox, özəl sektorda fiziki şəxslərdən gəlir vergisinin tutulmasının 7 il müddətinə ləğv olunması ilə bağlı qərar qəbul edilmişdi. İndi o müddət başa çatacaq. Dövlət sektorunda bu vergi onsuz da ödənilirdi. Bu, özəl sektorda fiziki şəxslərdən gəlir vergisinin çıxılması ilə nəticələnəcək — yəni maaşlarda cüzi azalma qeydə alınacaq.

Bəziləri qarışdırırlar və hesab edirlər ki, DSMF-nin ayırdığı məbləğlər də azalacaq, amma yox, bunun o ödənişlərə heç bir aidiyyəti yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*