Gələn ildən pensiyalar artırılacaq, müavinətlərdə artımlar olacaq – AÇIQLAMAbackend

Gələn ildən pensiyalar artırılacaq, müavinətlərdə artımlar olacaq - AÇIQLAMA

“Gələn il pensiyalar 9,3 faiz artırılacaq”.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsini təqdim edərkən deyib.

O qeyd edib ki, orta aylıq pensiyaların məbləği 338 manata yüksələcək:

“Yaşa görə pensiyaların orta aylıq məbləğinin isə 370 manata çatacağı gözlənilir. Həmçinin müavinətlərdə də xeyli artımlar planlaşdırılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*