Gələn ilin əvvəlində “Google”da yenilik olacaqbackend

Gələn ilin əvvəlində "Google"da yenilik olacaq

Google, “Chrome” brauzerində üçüncü tərəf istifadəçilərinin kukilərinə girişini məhdudlaşdıran yeni funksiyanı sınaqdan keçirdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə rəsmi Google bloqunda məlumat verilib.

Kukilər veb-saytlara və reklamçılara İnternetdə fərdi istifadəçiləri müəyyən etməyə və hansı səhifələrə daxil olmağı seçdiklərini izləməyə imkan verən xüsusi fayllardır. Bu məlumat daha sonra hədəflənmiş reklamı fərdiləşdirmək üçün istifadə edilə bilər. Axtarış nəhəngi 4 yanvar 2024-cü il tarixindən etibarən bütün dünya üzrə təsadüfi seçilmiş 1% Chrome istifadəçiləri üçün “İzləmə Mühafizəsi” adlı variantı təqdim etməyi planlaşdırır. Googlenin məlumatında bildirilir: “Əgər sayt üçüncü tərəf kukiləri olmadan işləyə bilmirsə və “Chrome” probleminiz olduğunu bildirərsə (məsələn, səhifəni bir neçə dəfə yeniləsəniz), biz sizə həmin vebsayt üçün üçüncü tərəf kukilərini müvəqqəti aktivləşdirməyi təklif edəcəyik”.

Şirkət gələn ilin ikinci yarısında üçüncü tərəf kukilərindən tamamilə imtina etməyi planlaşdırır. Əvvəllər Google və digər doqquz böyük İT şirkəti açıq rəqəmsal platformaları təşviq etmək üçün koalisiya yaratmışdı.

Vəli Həsənov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*