Gəmilərimizin həbsindən 3 ay keçdi: danışıqların nəticəsi…backend

Gəmilərimizin həbsindən 3 ay keçdi: danışıqların nəticəsi...

Eritreyada saxlanılan Azərbaycan gəmiləri ilə bağlı müvafiq iş davam edir. Nəticəsinə uyğun olaraq müvafiq açıqlama veriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə axar.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, 2024-cü il noyabrın 7-də “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib.

Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu girişin icazəsiz olduğunu vurğulayaraq gəmiləri saxlayıb.

Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaş olmaqla, ümumilikdə 24 nəfər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*