Gəncə Dövlət Universiteti yoxlama məsələsinə aydınlıq gətirdi backend

Gəncə Dövlət Universiteti yoxlama məsələsinə aydınlıq gətirdi 

Gəncə Dövlət Universiteti yoxlama məsələsinə aydınlıq gətirib.

KONKRET.az-a daxil olan məlumatda bildirilib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli KQ-05 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” əsasında 2024-cü il üçün Gəncə Dövlət Universitetinin akkreditasiyası həyata keçirilir.

Akkreditasiya prosesi Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən aparılır. Qəbul olunmuş dövlət təhsil standartlarına, təhsil sahəsinə aid digər normativ-hüquqi aktların tələblərinə uyğunluğu yoxlamaq üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yaradılmış komissiya tərəfindən universitetin özünütəhlil hesabatının əsasında təhlillər aparılır.

GDU qarşıdakı 5 il müddətində ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” əsasında fəaliyyətini davam etdirməyi və mövcud fəaliyyətləri daha da təkmilləşdirməyi planlaşdırır.

Yekun mərhələdə universitetin növbəti 5 il ərzində fəaliyyət göstərməsinə əsas verən Şəhadətnamə verilməsi üçün ARTEN-nin “Akkreditasiya Şurası” qarşısında komissiya tərəfindən vəsatət qaldırılması gözlənilir. (Pravda.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*