Gəncədə 24 yaşlı oğlan iki qardaşı bıçaqlayıb qaçdıbackend

Gəncədə 24 yaşlı oğlan iki qardaşı bıçaqlayıb qaçdı

Gəncədə iki qardaş bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.

KONKRET.az Report-a istinadla xəbər verir ki, 1993-cü il təvəllüdlü V.Qazıyev və onun qardaşı 1999-cu il təvəllüdlü D.Qazıyev mübahisə zəminində bıçaq xəsarəti alıblar.

Onlar xəstəxanaya aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Onları bıçaqlamaqda şübhəli bilinən 2001-ci il təvəllüdlü F.Qurbanov isə hadisə yerindən qaçıb.

Hadisənin başvermə səbəbləri hələ məlum deyil.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*