Gəncə şəhərində 31 yaşlı kişi bıçaqlanıb.
KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən restoranların birində qeydə alınıb.
Mübahisə zəminində bıçaq xəsarəti alan 1994-cü il təvəllüdlü Y.İbrahimov xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.