Gəncədə ağır qəza: III MDB Oyunlarının meneceri öldübackend

Gəncədə ağır qəza: III MDB Oyunlarının meneceri öldü

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, şəhərin 1-ci mikrorayonu, Vaqif küçəsi ilə hərəkətdə olan “Toyota” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə, mağazaya və hərəkətsiz vəziyyətdə dayanmış “Şevrolet” və “Mersedes” markalı maşınlara çırpılıb.

Zərbənin təsirindən “Toyota” yol kənarına aşıb.

Qəza zamanı “Toyota”nın sürücüsü, Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü Tural Qənbərov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, həyatını itirən Tural Qənbərov III MDB Oyunlarının Gəncə üzrə meneceri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*