Gəncədə atasını öldürən şəxsin məhkəməsi başladıbackend

Gəncədə atasını öldürən şəxsin məhkəməsi başladı

Gəncə Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə təqsirləndirilən Yusif Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

KONKRET.az– ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 15-ə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Gəncə şəhərində 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlunu bıçaqlayaraq öldürüb.

Dadaşov polis tərəfindən sərxoş vəziyyətdə saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*