Gəncədə dilənçilər saxlanıldı: 10 nəfər cərimələndibackend

Gəncədə dilənçilər saxlanıldı: 10 nəfər cərimələndi

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, təbir zamanı ümumilikdə 11 nəfər saxlanılaraq Polis İdarəsinı gətirilib. Onlarla profilaktiki söhbətlər aparılıb, 10 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*