Gəncədə iki avtomobil toqquşdu: 4 nəfər xəsarət aldıbackend

Gəncədə iki avtomobil toqquşdu: 4 nəfər xəsarət aldı

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1968-ci il təvəllüdlü Ş. Nəsirov, 2022-ci il təvəllüdlü Ü. İbrahimov, 2024-cü il təvəllüdlü G. İbrahimova və daha bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*