Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin Səbuhi Əliyev küçəsində qeydə alınıb. Hərəkətdə olan “Prius” markalı minik maşını ilə “QAZel” markalı yük maşını toqquşub. Qəzada 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər iki maşına ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.