Gəncədə kollecdəki qalmaqalla bağlı daha bir açıqlamabackend

Gəncədə kollecdəki qalmaqalla bağlı daha bir açıqlama

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdən yalnız bir nəfər işdə yol verdiyi ciddi nöqsanlara görə işdən azad olunub (öz ərizəsi əsasında işdən çıxanlar bura aid deyil).

KONKRET.az xəbər verir ki, bu barədə Teleqraf-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, əmək haqqı və əlavələrdə hər hansı dəyişikliklə bağlı isə məlumatlı deyilik. Dəyişikliyin yeni tədris ilindən qəbul edilməsi mümkün ola bilər.

Qeyd edək ki, Gəncə Dövlət Universitetinin nəzdindəki Gəncə Regional Kollecində iki müəllimin işdən əsassız azad edildiyi bildirilirdi.

Həmçinin iddia edilir ki, rəhbərliyə yaxın olan şəxslərə əlavə 150-200 manat miqdarında maaş yazılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*