Gəncədə 83 yaşlı qadın oğlu tərəfindən döyülüb.
KONKRET.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Belə ki, şəhər sakini 1942-ci il təvəllüdlü D.Əliyeva müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaşlı qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildilir.
Faktla bağlı araşdırma aparılır.