Gəncədə qətl hadisəsinin bəzi DETALLARI AÇIQLANDIbackend

Gəncədə qətl hadisəsinin bəzi DETALLARI AÇIQLANDI

Gəncədə 44 yaşlı kişinin qətlə yetirilməsinin bəzi detalları məlum olub.

KONKRET.az apa-ya istinaədn xəbər verir ki, qətlə yetirilən 1971-ci il təvəllüdlü Şəmistan Süleymanov şəhərin Totanlı küçəsində fəhlə işləyən qohumu Nəsimi Mustafayevin yanına gələrək borcunu istəyib.

Onların arasında dava baş verib. Mübahisə zamanı Mustafayev Süleymanova kəsici alətlə bir neçə zərbə endirib. Ş. Süleymanov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Tontanlı küçəsi, 6-cı döngə, ev 13 də (yeni məhlələr) adlanan ərazidə qeydə alınan hadisənin 400 manat borc üstündə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*