Gəncədə Samir Vəliyev adına orta məktəbdə 5-ci sinif şagirdini döyən müəllimin işinə xitam verilib.
KONKRET.az xəbər verir ki, bu barədə Teleqraf-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, Gəncə şəhər 34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
“Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, sözügedən təhsil müəssisəsinin ingilis dili müəllimi Cavid Rzayevlə bağlanmış əmək müqaviləsinə xitam verilib. Təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda, şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür”, – məlumatda belə deyilir.