Gəncədə şəhidlərin xatirəsinə inşa edilən bulaq-kompleksinin açılışı oldubackend

Gəncədə şəhidlərin xatirəsinə inşa edilən bulaq-kompleksinin açılışı oldu

Gəncə şəhərinin Poçt qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə inşa edilmiş bulaq-kompleksinin açılış mərasimi keçirilib.

KONKRET.az-ın məlumatına görə, mərasimdə şəhid yaxınları, qazilər, Gəncə şəhərindən olan millət vəkilləri, ictimaiyyət nümayəndələri, təhsil işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları və yerli sakinlər iştirak edib.

Abidə bulaq kompleksinin açılışından öncə şəhər sakinləri yürüş keçirib. Vətən uğrunda canlarından keçən şəhidlərin ölməzliyi dilə gətirilib. Torpaqlarımızın azad edilməsi üçün canlarından keçən şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildikdən sonra bulaq kompleksinin açılışı olub.

Üzərində şəhidlərimizin rəsmiləri həkk olunan abidənin önünə gül dəstələri düzülüb, onların ruhuna dualar oxunub. Mərasimdə çıxış edən, şəhid yaxınları, qazilər, millət vəkilləri Qarabağ müharibəsi dövründə ordumuzun və xalqımızın göstərdiyi şücaətdən, qəhrəmanlıqlarından bəhs edib. Qeyd edək ki, bulaq-kompleksi qəsəbə sakinlərinin təşəbbüsü ilə 8 ay ərazisində inşa edilib./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*