Gəncədə sərnişin avtobusu aşdı – FOTObackend

Gəncədə sərnişin avtobusu aşdı - FOTO

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin çıxışında, Nizami Gəncəvi məqbərəsinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan 23 saylı xətt üzrə işləyən sərnişin avtobusunun yoldan çıxaraq dərəyə aşdığı bildirilir.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinə şəhərdaxili sərnişin daşınması ilə məşğul olan avtobusun aşması ilə bağlı məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktıa bağlı araşdırma aparılır.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*