Gəncədə sərnişin avtobusu qəzaya uğradı: Xəsarət alanlar var / FOTOLARbackend

Gəncədə sərnişin avtobusu qəzaya uğradı: Xəsarət alanlar var / FOTOLAR

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan VAZ-21011 markalı maşınla 2 saylı xətt üzrə işləyən “İsuzu” markalı sərnişin avtobusu toqquşub.

Qəza zamanı 2 nəfər – VAZ-21011-in sürücüsü, 1977-ci il təvəllüdlü Ramil Əhmədov və avtobusun sərnişini, 1970-ci il təvəllüdlü Gülnaz Şadmanova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*