Gəncədə vaqon öz-özünə hərəkət edərək avtomobilə çırpıldıbackend

Gəncədə vaqon öz-özünə hərəkət edərək avtomobilə çırpıldı

Gəncədə vaqon dəmir yolundan açılıb və hərəkətdə olan minik maşınına çırpılıb.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

Sözügedən ünvanda vaqon başmaqdan açılıb və relslə hərəkət edib. Bu zaman qorunmayan keçiddə hərəkətdə olan “VAZ 2107” markalı minik maşınına çırpılıb. Nəticədə minik maşınının sürücüsü yüngül xəsarət alıb.

Qeyd edək ki, vaqon ADDY-yə məxsusdur./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*