Gənclər Vətən müharibəsinin iştirakçıları ilə görüşdülərbackend

Gənclər Vətən müharibəsinin iştirakçıları ilə görüşdülər

Naxçıvan şəhərində gənclər Vətən müharibəsinin iştirakçıları ilə görüşüblər.

KONKRET.az xəbər verir ki, görüşdə çıxış edən muxtar respublikanın gənclər və idman nazirinin müavini Məcid Seyidov və Gənclər Fondunun icraçı direktoru Cabi Quliyev 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbəmizdən, Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və bacarığından, qətiyyətli mövqeyindən, qəhrəman əsgər və zabitlərimizin rəşadətindən söz açıblar. Çıxışlarda ölkəmizdə aparılan gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənclərdə Vətənə sevgi və bağlılıq hisslərinin aşılanması, onların layiqli vətəndaş kimi formalaşması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb, şəhid ailələri və müharibə iştirakçıları ilə təşkil olunan görüşlərin bu baxımdan əhəmiyyətli olduğu diqqətə çatdırılıb.

Muxtar respublikanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş zabiti, kapitan Nurlan Məhərrəmov görüşdə iştirak edən hərbçilərimiz barədə məlumat verib. Hərbçilərdən Tural Tağıyev və Elxan Babayev göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

Gəncləri maraqlandıran sualların cavablandırıldığı görüşdə hərbçilərimiz döyüş xatirələrini bölüşüb, Vətən-yurd eşqi ilə yaşamağın, ölkəmizin müstəqilliyinə xidmət etməyin qürurverici olduğunu vurğulayıblar.

Görüş muxtar respublikanın Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*