“Generalların tutulması Eldar Mahmudova xəbərdarlıqdır” – Sabiq MTN şefi həbs olunur?backend

“Generalların tutulması Eldar Mahmudova xəbərdarlıqdır” – Sabiq MTN şefi həbs olunur?

Bir neçə gün öncə keçmiş MTN-in sabiq generalları Mövlam Şıxəliyev və Nizami Şirinovun həbs olunması ilə bağlı xəbərlər yayıldı. Generalların həbsi bir neçə il öncəki səs-küylü “MTN işi”ni yenidən gündəmə gətirdi. Mövlam Şıxəliyevin sabiq MTN şefi Eldar Mahmudovun əsas adamlarından biri olduğunu nəzərə alsaq, o zaman Mahmudovun həbs edilib-edilməyəcəyi məsələsi yenidən gündəmə gəlir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, “MTN işi” ilə bağlı əsas fiqurlar həbs edilmədi: “Sonradan həbs olunanların bir çoxu da azadlığa buraxıldı. Bunu isə ədalətin tam bərpası hesab etmək olmaz. Çünki onların struktura, dövlətə və dövlətçiliyə vurduğu ziyanın həcmi olduqca böyükdür. Bu gün generalların həbsi ilə bağlı müxtəlif şərhlər var. Təbii ki, biz Mahmudovun həbsini ilk anlarda gözləyirdik. Amma onun müavinləri və digər yaxın adamları həbs olunsa da, özünə dəyilmədi. Onun ilk vaxtlarda məhbəsə düşməsinə mane olan səbəb aradan qalxıbsa, təbii ki, Eldar Mahmudov da həbs olunacaq. Əgər bu səbəblər aradan qalxmayıbsa, o zaman sabiq MTN-in bütün generalları həbs olunsa da, Eldar Mahmudova dəyməyəcəklər”.

Hele Bele

Tural Abbaslının sözlərinə görə, istənilən halda generalların korrupsiya faktları ilə bağlı həbsi müsbət haldır: “Çünki cəzasızlıq sindromu anlayışı aradan qaldırılmalıdır. Heç kəs toxunulmaz olduğunu düşünməməlidir. Hər kəs etdiyi əmələ görə cavab verəcəyini bilməlidir. Eldar Mahmudovun isə yaxın zamanlarda həbs olunacağını düşünmürəm. Bəlkə də generalların həbsi Eldar Mahmudova bir xəbərdarlıqdır. Biz pərdəarxası hansı hadisələrin baş verdiyini dəqiq bilmirik”.

Mövzu ilə bağlı saytımıza açıqlamasında politoloq Ərəstun Oruclu da maraqlı məqamlara diqqət çəkib. O bildirib ki, “gözəgörünməz əl” tərəfindən müdafiə olunan Eldar Mahmudovun cəzasız qalması Şıxəliyevin də toxunulmazlığını təmin edirdi: “Amma belə görünür ki, cinayətkarların immuniteti artıq tükəndi. Bu isə istənilən halda müsbət dinamikadır və inanaq ki, davam edəcək. Ümid edirəm ki, həbs olunan generalların istintaqı həbslərin və ifşaların davamına yol açacaq. Amma bu heç də o demək deyil ki, biz rahatlaşıb gözləməliyik. Xeyr, bunu heç bir halda etmək olmaz.

Ərəstun Oruclu ABŞ -a köçdü

Əvvəl də qeyd etdiyim kimi, Azərbaycan Ordusuna qarşı törədilmiş silsilə cinayətlər təkcə kriminal çətənin deyil, həm də onun arxasında dayanan xarici xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir. Elə buna görə də düşmən öz casus şəbəkəsini qorumaq üçün əlindən gələni edəcək. Onun Azərbaycanda qurduğu casus şəbəkəsi isə nəhəng infrastruktura malikdir. Odur ki, indi “Buz sındımı?” sualının cavabı ilk növbədə sizin atacağınız addımların ardıcıllığından və səmərəliliyindən asılı olacaq, möhtərəm külli-ixtiyar sahibləri. Bunu edəcəksinizsə, dəstəyimizi arxanızda, etməyəcəyiniz halda isə təpkimizi qarşınızda görəcəksiniz”.

Natiq Səlim,

KONKRET.az

 

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*