GENOSİD VƏ EKOSİDİN oxşar cəhəti ERMƏNİÇİLİKDİR – ƏTRAFLIbackend

GENOSİD VƏ EKOSİDİN oxşar cəhəti ERMƏNİÇİLİKDİR - ƏTRAFLI

Ötən əsrin sonlarında ermənilər və onlara havadarlıq edən qüvvələr tərəfindən Azərbaycana qarşı başlanan müharibə Qarabağın işğalı ilə yekunlaşmışdı.

KONKRET.az xəbər verir ki, bu işğal dinc əhali ilə yanaşı, bitki və heyvanlar aləminin də məhv edilməsinə səbəb olub. Atmosfer, su mənbələri, torpaqlar bioloji, kimyəvi və fiziki çirklənməyə məruz qalıb.

Genosid və ekosid

Bəli, ermənilər işğal zamanı azərbaycanlılara qarşı soyqırım, genosidlər törədiblər. Bununla kifayətlənməyən “armenoid”lər ekosidə də əl atıblar, yəni ekoloji terrora!

Ətraf mühitə bərpası mümkünsüz miqdarda ziyan vurulub. Bununla da regionda ekoloji tarazlıq pozulub. Ekoloji terrora məruz qalan Azərbaycan əraziləri ekoloji fəlakət zonasına çevrilib. Qadağan olunan ağ fosfor bombalarından istifadə etməklə ermənilər flora və faunaya ziyan vurublar. Təbiət Ermənistan silahlı qüvvələri tərəfindən genişmiqyaslı yanğınlara səbəb olan raket atəşinə məruz qalıb. Azərbaycanın zəfərlə yekunlaşdırdığı 44 günlük savaşdan sonra da ermənilər tərk etdiyi Azərbaycan torpaqlarında meşələri yandırıblar. Azərbaycanın “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş nadir təbiət inciləri məhv edilib, flora və faunaya külli miqdarda ziyan dəyib. Ermənilərin törətdikləri ekoloji terror ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların, o cümlədən, “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasının pozulmasıdır.

Bəsitçay və Oxçuçay terroru

Bəsitçay Dövlət Təbiət Qoruğu nadir Şərq çinarının qorunub saxlanılması məqsədilə 1974-cü ildə 107 hektar ərazidə yaradılıb. Qoruq Zəngilan rayonunda Kiçik Qafqaz dağlarının cənubi-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini əhatə edir. Ermənilər təbiətin bu nadir incisini də yararsız vəziyyətə salmışdılar. Ötən il Prezident İlham Əliyev “Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, işğaldan azad olunan ərazilərdə ətraf mühitin sağlamlaşdırılması və təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə qorunub saxlanılması məqsədilə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində 107 hektar sahədə yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa ediləcək.

Lakin ermənilərin Oxçuçay terroru hələ də davam edir. 40 kilometrə qədəri Azərbaycan ərazisinə düşən Oxçuçayın mənbəyi Ermənistandadır. Çay Qafan rayonu ərazisində yerləşən dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilir. Oxçuçayın çirkləndirilməsi çayın Azərbaycana keçdiyi hissədən reallaşdırılır. Ermənistanda qalan hissəsi isə suvarmada istifadəyə yararlıdır. Bununla da bütövlükdə bölgə və Xəzər dənizi ekoloji fəlakətlə üz-üzə qalmış olur. Çünki Oxçuçay həm də Araz çayının sol qolu sayılır. Bu isə o deməkdir ki, çirkli su Araz çayı vasitəsilə Xəzər dənizinə tökülür. Oxçuçayda çirklilik səviyyəsini 2-3 sözlə də təsvir etmək olar: çayda heç bir canlı yaşamır. Çünki bu çayın mənbəyindəkilər insanlıqdan uzaq çirkabla məşğuldurlar. Ya da insanlıqdan uzaq canlı orqanizmdirlər.

Natiq Səlim,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusuna həsr olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*